“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Əsas səhifəRespublika komitəsinin aparatı
Ümumi məlumat

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə eyni sahənin vilayət, rayon və şəhər həmkarlar ittifaqı təşkilatlarının, həmçinin Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ali və orta ixtisas məktəblərinin həmkarlar ittifaqı təşkilatlarının konfrans və yığıncaqlarında birbaşa seçilmiş nümayəndələr daxildir. Bu nümayəndələr Rəyasət Heyətinin müəyyən etdiyi normaya uyğun olaraq seçilir və Məclis tərəfindən təsdiqlənir. Eyni qaydada da Respublika Komitəsinin nümayəndələri geri çağırılır və əvəzlənir.

Respublika Komitəsinin səlahiyyəti beş ildə bir dəfə keçirilən konfrans (qurultay) tərəfindən təsdiq olunur və onun qarşısında hesabat verir. O, fəaliyyətinə görə dövlət və təsərrüfat orqanlarından, siyasi və ictimai təşkilatlardan asılı deyil və onlara hesabat vermir.

Respublika Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarına və ETİHİ-nin Nizamnaməsinə uyğun həyata keçirir.

İttifaqın Respublika komitəsi:

Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində üstünlük verilən sahələri müəyyənləşdirir, birləşmiş həmkarlar ittifaqı komitələrinin fəaliyyətini həmin sahəyə yönəldir;

Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsini həyata keçirir;

Üzvlərinin mənafeyini nəzərə alaraq başqa həmkarlar ittifaqı komitələri ilə əlaqə yaradır;

Sahə (tarif) kollektiv sazişi bağlayır;

İttifaq üzvlərinin sosial-iqtisadi, əmək, hüquq və mənafelərinin müdafiəsi sahəsindəki fəaliyyəti haqqında birləşmiş həmkarlar ittifaqı komitələrinin və ilk həmkarlar ittifaqı təşkilatlarının hesabatlarını dinləyir. Lazım gəldikdə müvafiq həmkarlar ittifaqı təşkilatı qarşısında vaxtından əvvəl hesabat-seçki konfranslarının keçirilməsi məsələsini qaldırır;

İttifaqın tabeliyində olan əməyin texniki və hüquq müfəttişliklərinin fəaliyyətinə rəhbərlik edir;

Kütləvi etiraz tədbirləri keçirilməsi barədə qərar qəbul edir;

Əmək münaqişəsi baş verdikdə öz nümayəndəsini razılaşdırma komissiyasına göndərir;

Həmkarlar ittifaqı təşkilatlarının qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır, həmkarlar ittifaqı kadrlarını və fəallarını təlimatlandırır və təhsilini təşkil edir.

Respublika Komitəsinin aparatının strukturu Məclis tərəfindən təsdiq olunur. Aparat işçiləri öz fəaliyyətlərində Rəyasət Heyətinin təsdiq etdiyi vəzifə səlahiyyətlərini rəhbər tuturlar.

İttifaqın Respublika Komitəsi təşkilati məsələləri həll etmək və Məclislərarası dövrədə işə rəhbərlik etmək üçün sədr və Rəyasət heyəti üzvlərini seçir, səsvermənin qaydasını müəyyənləşdirir.

İttifaqın Respublika Komitəsi qurultay (konfrans) qarşısında, Respublika Komitəsinin üzvləri isə onları seçmiş və ya birbaşa göndərmiş təşkilat qarşısında hesabat verirlər.