“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Kərkicahan 1 nömrəli tam orta məktəbdə görüş

News Image

Kərkicahan 1 nömrəli tam orta məktəbdə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı-Xankəndi Rayon Komitəsinin sədri Kərkicahan 1 nömrəli tam orta məktəbdə çalışan texniki işçilərlə görüş keçirib.


Görüş zamanı texniki işçilərin əmək fəaliyyəti, qarşılaşdıqları məsələlər və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşların təklif və müraciətləri dinlənilib.


Səmimi və işgüzar şəraitdə keçən görüşdə əməkdaşların hüquq və maraqlarının qorunması istiqamətində görüləcək işlər barədə də müzakirələr aparılıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xankəndi-Xocalı Rayon Komitəsinin sədri Xocalı şəhər 1 saylı körpələr evi–uşaq bağçasında görüş keçirib.

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xankəndi-Xocalı Rayon Komitəsinin sədri Xocalı şəhər 1 saylı körpələr evi–uşaq bağçasında görüş keçirib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xankəndi-Xocalı Rayon Komitəsinin sədri Xocalı şəhər 1 saylı körpələr evi–uşaq bağçasında kollektivlə görüş keçirib.


Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Həmçinin bağça kollektivini maraqlandıran məsələlər müzakirə olunub, onların təklif və fikirləri dinlənilib, ünvanlanan suallar cavablandırılıb.


Sonda görüşün qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, həmkarlar ittifaqı üzvləri ilə səmərəli əlaqələrin genişləndirilməsi baxımından faydalı olduğu vurğulanıb.

Kərkicahan qəsəbəsi 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş.

News Image

Kərkicahan qəsəbəsi 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri komitənin nümayəndələri ilə birlikdə Kərkicahan qəsəbəsi 1 saylı körpələr evi–uşaq bağçasında olub, müəssisənin kollektivi ilə görüş keçirib.

Görüş zamanı təhsil işçilərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmkarlar ittifaqının fəaliyyəti, əməkdaşların sosial müdafiəsi və əmək hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs olunub. Əməkdaşların təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində sədr bağçada yaradılmış şəraitlə yaxından tanış olub, təlim otaqlarına, qruplara, mətbəxə və digər inzibati-təsərrüfat sahələrinə baxış keçirib. Məktəbəqədər təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi, qidalanması və təhlükəsizliyi üçün yaradılmış şərait nəzərdən keçirilib, müəssisənin fəaliyyəti ilə bağlı müvafiq məlumatlar təqdim olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsində doğum günü qeyd olunmuşdur.

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsində doğum günü qeyd olunmuşdur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri Hacıyev İsmayıl və inspektor Cəfərov Xəyyamın doğum günü münasibətilə səmimi tədbir keçirilmişdir.

Komitənin kollektivi tərəfindən əməkdaşlarımıza xoş arzular çatdırılmış, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Kollektivimizdə qarşılıqlı hörmət, diqqət və həmrəylik ənənələrinin yaşadılması belə xoş görüşlərin əsas məqsədlərindən biridir.