
Sədr
Hacıyev İsmayıl İmamqulu oğlu
1964: anadan olmuşdur.
Təhsil
1986-1992: Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Baytarlıq ixtisası üzrə təhsil alaraq bitirmişdir.
2000: Bakı Dövlət Universitetində ixtisas dəyişməsi ilə əlaqədar olaraq 1 il Kimya-Biologiya üzrə təhsil almışdır.
Karyera
1993-1998: Azərbaycan Respublikasının işğal olunmuş torpaqları uğrunda gedən döyüşlərdə 702 nömrəli hərbi hissədə zabit vəzifəsində xidmət etmişdir.
1999: 1 sentyabrdan Xocalı şəhər 1 nömrəli tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışmışdır.
2001: Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində tikilmiş evlə təmin edilmişdir.
2002: Yenidən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Kimya-Biologiya ixtisası üzrə müəllim işləmişdir.
2003: Xocalı şəhər 4 nömrəli tam orta məktəbində təşkilatçı müavin və hərbi rəhbər vəzifəsində fəaliyyət göstərmişdir.
2003-cü ilin dekabrından: ATİAHİ-nin Xocalı Rayon Komitəsinin sədri vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.